ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bakıda “3-cü Türk Filmləri Həftəsi” keçiriləcək

11148    |   2017-11-14 18:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 16-dan 20-dək Bakıda "3-cü Türk Filmləri Həftəsi” olacaq. Tədbir Türkiyənin "Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə keçiriləcək.

Adalet.az xəbər verir ki, noyabrın 16-da Nizami Kino Mərkəzində "3-cü Türk Filmləri Həftəsi”nin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirin rəsmi hissəsində "Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, eləcə də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir. Daha sonra türkiyəli rejissor Caner Erzincanın "Yeni dünya” filmi nümayiş olunacaq. Noyabrın 17-də isə Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan filmlər azərbaycanlı kinosevərlərə təqdim ediləcək.

Yerli tamaşaçılar "Yeni dünya” filmi ilə yanaşı rejissor Bilal Babaoğlunun "Aşık”, rejissor Sinan Sertelin "Bir gün bir çoçuk”, rejissor Alper Çağların "Dağ-2” və rejissor Emre Konukun "Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər. Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir. "Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK