ANA SƏHİFƏ / TEXNOLOGİYA

Ramin Quluzadə vətəndaşlarla görüşüb

24175    |   2017-11-14 17:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Yevlax şəhərində vətəndaşlarla görüşüb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan Adalet.az-a verilən məlumata görə, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Regiona səfəri çərçivəsində R.Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.



İmza:

İlham Əliyevin robot “Sofiya” ilə söhbəti - MƏTN

Məşhur robot Prezidentə təqdim olundu - FOTO

Bakcell 400-ə yaxın baza stansiyası istifadəyə verəcək

“Instagram”dan yenilik - Gizli hesabları izlə

Bakcell enerji və İKT üzrə Alman-Azərbaycan biznes-forumunun keçirilməsinə dəstək göstərdi

Bakcell rəhbəri İdarə Heyətinə üzv seçilib

3 MİLYARD RUBL XƏRCLƏNƏN LAYİHƏ DAYANDIRILDI

Azərbaycanda sosial şəbəkələrdə təhqir edənlər üçün yeni cəza - HƏBS EDİLƏ BİLƏRLƏR

Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib - FOTO

Azərbaycan telekommunikasiya sahəsində asılılığı tam aradan qaldırıb

"Bakcell"in Zaqatalada yeni Satış və Xidmət Mərkəzi açıldı - FOTO

“Instagram” çökdü - YENİLƏNİB

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK