adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Noyabr 2017 16:37
13849
GÜNDƏM
A- A+

EŞŞƏK MALDAN DEYİL

Türk yazıçısı Kamal Yalçının türklərin həqiqətən ermənilərə qarşı soyqırım törətdiklərini söyləyərək ermənilərdən üzr istəməsi, türkləri bilmirəm, bizimkiləri bərk qəzəbləndirdi. Mən bu gədənin üzrxahlığına münasibət bildirmədim. İki səbəbə görə.

Birinci, bir neçə gün əvvəl belə nadürüstlərlə bağlı «At, bu bir, bu iki, bu üç» adlı bir yazı yazmışdım. Bu da olsun «At, bu da on bir».

İkinci, yadıma ağdamlı Kino Fazilin Xankəndində bir erməni toyunda dediyi sağlıq düşdü.

Fazil müəllim tost deyir: «Qızlarınız çox gözəldi, molla da görəndə sıyrılır. Ona görə də bizim uşaqlar bir də baxıb görürsən ki, sıyrılıb sizin qızlardan alırlar».

Fazil müəllim bir qədər də sərt deyir.

Ermənilərdən biri qalxır ayağa deyir ki, Fazil müəllim, niyə, elə sizin qızlardan da bizim oğlanlara ərə gedənlər olur.

Fazil müəllim:

- Ə, boş-boş danışma, otur aşağı. Eşşək maldan deyil.

Fikirləşdim ki, Kamal Yalçına cavab verməyə dəyməz, çünki Fazil müəllim demiş, eşşək maldan deyil.