adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Noyabr 2017 16:16
58778
GÜNDƏM
A- A+

NƏ QƏDƏR ŞƏHİDİMİZ VAR?!

Rəsmi rəqəmlərə görə, 13 min nəfər. Bəs, evlərinə bomba düşüb ölən minlərlə dinc sakinlər? Onlar avtomobil qəzasına düşüb ölüblər, yoxsa toylarda bıçaqlayıb öldürüblər, bəlkə intihar ediblər?!

Aprel döyüşlərində əslən Qubadlıdan olan iki əmioğlu gənc (özləri də yaxşı vəzifələrdə çalışıblarmış) maşınlarını ərzaqla doldurub Gəncədən birbaşa Tərtərə döyüş meydanına gəlirlər. Yaralı əsgərləri döyüş meydanlarından çıxarırlar və maşınlarını ermənilər gülləbarana tuturlar, ikisi də şəhid olur. Ataları düz bir il əziyyət çəkdi onlara şəhid statusu almaq üçün. Deyirdilər ki, onlar əsgər deyillər axı.

Belə-belə işlər, Rey Kərimoğlu. Təkcə Ağdamda nə qədər dinc sakin saya bilərsən ki, düşmən tərəfindən bombalanıb ölüblər?! Yəqin ki, saymaqla qurtarmaq olmaz.