ANA SƏHİFƏ / SAĞLAMLIQ

Çay daha faydalıdı yoxsa kofe?

1911    |   2017-11-14 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

















Hər səhər oyanan kimi bir fincan qəhvə içirsiniz? Yoxsa bir fincan çay içməsəm, özümə gələ bilmirəm deyirsiniz? Qəhvə və ya çay arasında nə fərq var? Hansı daha faydalıdır?


Çayın tərkibində faydalı minerallar və C vitamini var. Çay içmək ürək-damar sisteminə çox xeyirlidir və mədə xərçənginin qarşısını alır. Tərkibində olan flerit maddəsi dişləri çürüməyə qoymur və dişlərin kökünü möhkəmləndirir.


Qəhvə və sağlamlıq deyəndə ağla gələn məsələlər arasında, qadınların şikayətçi olduqları sellülit problemi də var. Qəhvənin sellülit yaratması geniş yayılmış və yanlış inanca qarşı, elmi araşdırmalar qəhvənin sellülit səbəbləri arasında yer almadığını sübut etmişdir. Tam əksinə, qəhvənin yağı çeşidlənən hormonları hərəkətə keçirdiyini və limfa axarını asanlaşdırdığını göstərir.


Çay içmək həm də həzm prosesini rahatlaşdırır. Məhz bu xüsusiyyətlərinə görə ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib. Amma zaman keçdikcə çay xoş ətir və dad verdiyi üçün gündəlik olaraq içilməyə başlanıb.


Qəhvə bağlı aparılan elmi tədqiqatlar 2-3 fincan qəhvə içmək zehin açıqlığı və müvazinəti inkişaf etdirir, qısa dövr yaddaş və məntiqli düşünmə keyfiyyətini artırır.


İlk dəfə çinlilər, sonra isə yaponlar çay içmək mərasimini öz dini adət- ənənələrinə çeviriblər. Bu gün dünya üzrə milyonlarla insan üçün çay içmək gündəlik normaya çevrilsə də çinlilər və yaponlar üçün çay içmək xüsusi bir məna kəsb edir.


Qəhvə içmək günümüzü şən və canlı bir şəkildə yaşamağa kömək edir. Qəhvə oyanmağa, diqqəti cəm etməyə yardımçı olur, bu da öyrənməyimizi və yönəltməyimizi dəstəkləyir.



Ağ çay əsasən sağlamlıq məqsədilə içilən çay növlərindən biridir. Çünki ağ çay növünün tərkibində başqa çaylara nisbətən daha çox xeyirli maddələr var. Bu çay növü yarpaqları açılmamış, tumurcuq olan zaman yığılır. Üz dərisinə çox xeyirlidir və mikrobları məhv edir. Bahalılığına görə çay növləri arasında ikinci yerdədir.


Qara çayın istehsalının təmizlənmək, soldurmaq, oksidləşdirmək, qurutmaq və qablaşdırmaqdan ibarət 5 əsas proses var. Qara çay özünəməxsus görünüş, rəng və ətirdə olmalı, kənar ətri xatırlatmamalıdır. Qara çaylar əsasən yarpağının ölçüsü və ətrinin intensivliyi nəzərə alınaraq müəyyən siniflərə bölünərək satılır. Bu növ çay beyin hüceyrələrinin aktivləşdirilməsinə və mədə-bağırsaq sisteminə çox xeyirlidir.


Qəhvə bioloji yanacaq kimi istifadə oluna bilər. Stəkanın dibində qalan qəhvə çöküntüsü benzinin tamamilə real alternativi ola bilər.


Yaşıl çay quru çayın ən xeyirli növlərdən biridir. Yaşıl çay əsasən iki cür, Yapon və Çin istehsal texnologiyasına əsasında hazırlanır. Digər çay növlərindən fərqli olaraq yaşıl çayı saxtalaşdırmaq daha çətindir. Yaşıl çayı başqa çay növlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də uzun müddət saxlanıla bilməsidir. Çünki, yaşıl çayın tərkibi onun rənginin, ətrinin və tərkibindəki xeyirli maddələrin itirilməsinin qarşısını alır.


Gündə üç fincan qəhvə içirsinizsə, astma xəstəliyi riskini azaltmış olursunuz. Baş ağrılarına faydalıdır. Həzm prosesini sürətləndirir. Əgər normasında içirsinizsə, selülit və dərinizdə olan problemlərin qarısını almağa kömək olacaq.


Çayın içində flavonoid deyilən bir maddə var və bu maddə xolesterolun səbəb olduğu damar tutulmasının qarşısını alır. Flavonoid eyni zamanda qreyfrut, soğan, qırmızı şərab və qara üzümün tərkibində var. Qara çay antioksidant xüsusiyyətinə sahibdir və bu da dişlərin gec çürüməsinə kömək edir.


Əgər 10 ildən artıqdır ki, qara çay içirsinizsə, bu sümüklərinizin möhkəm olmasına kömək olur və sümük əriməsinin qarşısını alan amillərdən birirdir. Sakitləşdirici effektə sahibdir. Gərginliyi, stressi azaldır. Gün ərzində üç stəkan çay içmək bəd xassəli şişin, mikrob və infeksiya xəstəliklərinin qarşısını alır.


Qadınlarda kişilərə nisbətən böyrək daşı daha çox olur. Araşdırmalara əsasən qəhvə içən qadınlarda böyrək daşına daha az rast gəlinir. Qəhvə əsasən qaraciyərdə olan ankoloji xəstəliyə yoluxma riskini azaldır.






İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK