ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da İsraildə multikulturalizmə dair seminar keçirilib

8835    |   2017-11-14 15:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzində "İsraildə multikulturalizm modeli və dünya yəhudilərinə qarşı tolerant münasibət” mövzusunda seminar keçirilib. 

Seminarda Regionşünaslıq kafedrasının baş müəllimi Bəyim Abdulla "İsraildə multikulturalizm modeli” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, İsraildə yaşayan əhalinin 75.4%-i yəhudi, 16.9%-i müsəlman, 2%-i xristian, 1.7%-i druz və az bir qismi Bahai icmasına məxsusdur. B.Abdulla İsraildə İslam dininin müsəvi dinindən sonra ikinci böyük din olduğunu qeyd edib. B.Abdulla vurğulayıb ki, 1988-ci ilə qədər İsraildə 80 məscid var idisə, indi 73-ü Qüdsdə olmaqla, 400-ə yaxın məscid inşa olunub. Təqribən 300 imam və müəzzinin dövlətdən maaş aldığını söyləyən B.Abdulla ölkədə mövcud olan əksər ərəb məktəb və kolleclərinin dövlət tərəfindən maliyyələşdirildiyini deyib. B.Abdulla əlavə edib ki, İsraildə yaşayan yəhudi, xristian və druzlar kimi müsəlmanların da dini məhkəmələri fəaliyyət göstərir. Müsəlmanlar, həmçinin ölkənin təhsil həyatında da fəal iştirak edir və təhsil almaq hüququndan yararlanır. Yəhudilərdən fərqli olaraq, ərəblər üçün hərbi xidmətin məcburi olmadığını deyən B.Abdulla multikultural dəyərlərin kəsişdiyi Qüds şəhərinin önəmindən danışıb. O, bildirib ki, üç böyük din nümayəndələrinin – müsəlmanlar, xristianlar və yəhudilərin müqəddəs hesab etdikləri, dünyanın yeganə dini paytaxtı olan Qüds şəhərində bələdiyyə hər il Ramazan bayramı münasibəti ilə şəhəri bəzəyir və ictimai yerlərdə bayram şənlikləri təşkil edir, hər gün, iftar və imsak vaxtları şəhərin şərq hissəsində tarixi topdan atəş açılır. B.Abdulla İsraildə yerləşən 200-ə qədər muzeyin burada yaşayan etnik qrupların mədəniyyəti, qorunması və gələcək nəsillərə göstərilməsində önəmli yer tutduğunu qeyd edib. İsraildə yaşayan xristianların əksəriyyətinin etnik ərəblər olduğunu deyən B.Abdulla buradakı 10 xristian icmasının fəaliyyətindən danışıb.

Regionşünaslıq kafedrasının baş müəllimi Nigar Əsgərova öz məruzəsində "Argentina yəhudilərinə qarşı tolerant münasibət” haqqında məlumat verib. O, 1860-cı illərdən başlayaraq, Argentina hökuməti tərəfindən yəhudi miqrasiyası fikrinin ortaya çıxması və 1904-cü ildə IV Sionist Konqresində Argentinada Yəhudi evinin qurulması ideyasının yaranmasından danışıb. 1889-cu ildə 130 yəhudi ailəsini (Rusiyadan olan 800 yəhudi) gətirən gəminin Buenos-Ayresə gəlməsi, bununla da ilk dəfə yəhudi kənd təsərrüfatı müstəmləkəsinin qurulmasından bəhs edən N.Əsgərova 1900-cü ildə Buenos-Ayresdə Yəhudi işçi birliyi hərəkatı, xeyriyyə mətbəxi, işədüzətmə idarələri, bir sıra qəzet və teatr kollektivinin təsis edildiyini bildirib. O, erkən Avropa yəhudilərinin və II Dünya müharibəsindən sonra yəhudilərin məskunlaşma prosesi və tarixindən söz açıb. N.Əsgərova 1992-ci ildə Buenos-Ayresdə İsrail səfirliyinin qarşısında terror aktı, 1994-cü ildə isə Buenos-Ayresdə Argentina-İsrail Birgə Assosiasiyası qarşısında avtomobilə qoyulmuş partlayıcı qurğunun partlaması və onun nəticələrindən danışıb. Argentinada əsasən aşkinazlardan olan 250 mindən çox yəhudinin yaşadığını söyləyən N.Əsgərova qeyd edib ki, Argentina hökuməti yəhudilərə rəsmi olaraq Poş xa Şana, Yom-Kimppur kimi yəhudilərin müqəddəs bayramlarında, həmçinin Pesaxın ilk iki günü və son iki günü işləməməyə icazə verir. Argentinada çoxlu sinaqoq, yəhudi təşkilatı, 70-ə yaxın yəhudi təhsil mərkəzinin fəaliyyət göstərdiyini deyən N.Əsgərova əlavə edib ki, 2000-ci ildə Argentinada Holokostu xatırladan bir park açılıb.

Regionşünaslıq kafedrasının müəllimi Mehparə Tajdehibonab Şərqi Avropada, xüsusilə Macarıstanda məskunlaşan yəhudilərə qarşı tolerant münasibətdən bəhs edib. Yəhudilərin min ildən artıq dövrdə Macarıstanda yaşaması bu dövr ərzində məskunlaşma prosesində üzləşdikləri çətinliklərdən söz açan M.Tajdehibonab I və II Dünya müharibələrinin yəhudilərin yaşam tərzlərinə göstərdiyi təsirlərdən danışıb. O, qeyd edib ki, Macarıstanda II Dünya müharibəsindən əvvəl yəhudilərə yönəlik qanunlar 1938-ci ildə qəbul edildi və 1939-cu ildə yəhudilərin orduda xidmət göstərməsi qadağan edildi. M.Tajdehibonab 1941-ci ildə yəhudilərə "Davud ulduzu” simvolu taxmağa məcbur edən qanun, yəhudilərin Polşadakı ölüm düşərgələrinə qatarlarla göndərilməsi, II Dünya müharibəsi dövründə yaşanan hadisələrdən danışıb. Müasir dövrdə yəhudilərin yaşayışındakı inanılmaz dəyişikliklərdən danışan M.Tajdehibonab yəhudi mədəniyyətinin ən vacib simvol tikililərindən biri olan məbədin 1991-ci ildə fəaliyyətə başlaması, yəhudilər tərəfindən tarixi abidələrin inşa edilməsi, Budapeştdə əsas sinaqoqla yanaşı, şəhərin müxtəlif rayonlarında 30-a yaxın sinaqoqun fəaliyyət göstərməsi, yəhudi dini icmasının təxminən 100 min nəfər təşkil etməsini vurğulayıb. O, qeyd edib ki, müasir dövrdə Budapeştin yəhudi gəncləri öz yəhudi köklərinə yenidən bağlanaraq qədim adətlərinə qayıdır.

Sonda universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq və Argentinaşünaslıq ixtisasının III kursunda təhsil alan tələbələrini maraqlandıran suallar cavablandırılıb.




İmza:

BANM Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Çin kulinariyası ilə bağlı master-klass keçirilib

“Kaspi” ilə “Gənc istedadlar” liseyi şagirdlərinin sərgisi açılıb

BANM və ATL Tech şirkəti arasında razılaşma imzalandı

ADU-da ilk Latın Amerikası Film Festivalı çərçivəsində film nümayiş olunub

Türkiyədə Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib

“Opalus Partners” şirkəti UNEC tələbələri üçün təlim keçirdi

Aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə qalacaq

BANM Beynəlxalq Forum keçirəcək

UNEC alimlərinin tədqiqatı: “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi”

UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar

SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK