ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gəncə polisi mülki işçi axtarır

5079    |   2017-11-14 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə polisi iş elanı verir.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Gəncə regional qrupundan verilən məlumata görə, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 23-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən Gəncə şəhərində daimi qeydiyyatda olan kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Gəncə Şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (022) 256-07-73; (022) 256-12-74; (022) 256-80-38 nömrəli telefonlara müraciət edə bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK