ANA SƏHİFƏ / İDMAN

“Qarabağ”ın rəqibi Arda Turanı istəyir

3910    |   2017-11-14 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qışda "Barselona"dan ayrılacağı gözlənilən Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər.Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bu ölkənin "A Spor" telekanalında yayımlanan "Takım oyunu" proqramında İngiltərə Premyer Liqasının son çempionu "Çelsi"nin 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu açıqlanıb.

Bir müddətdi Ardanın qışda "Barsa"dan ayrılacağı barədə xəbərlər yayılır. Cari mövsümdə şans qazanmayan yarımmüdafiəçinin xidmətində sabiq klubu "Qalatasaray"ın maraqlı olduğu deyilsə də, sonradan İstanbul təmsilçisinin Türkiyə millisinin də üzvü olan futbolçunun yüksək qiymətinə görə bu keçiddən əl çəkdiyi açıqlanmışdı.

Xatırladaq ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndi.Komanda.az




İmza:
SON XƏBƏRLƏR
2018-01-24
2018-01-23


VİDEO