ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Min manat şirinlik almışam... – SORĞU

7896    |   2017-11-14 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni kitabı çıxmış gənc yazıçıya qocaman yazıçı "şirinlik” verir: ya pul, ya da hədiyyə. Bu haradasa ənənə halını alıb.

Yazıçı və şairlərimiz kitaba görə şirinlik alıblarmı? Ya da əksinə, kiminsə yeni çıxan kitabına şirinlik veriblərimi?

Adalet.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.


Nəriman Əbdülrəhmanlı: "Belə bir şey, ümumiyyətlə, mənim təbiətimə ziddi, özümü təhqir olunmuş sayıram. Məndən ötrü ən məqbul yol kitamımı satışdan almaqdı. Qırx illik yazı-pozu ömrümdə iki dəfə belə bir fakt olub, çox israrlı olduqlarına görə qəbul eləmişəm. Bir dəfə o pulu nakam bir yazıçının kitabını çapa hazırlamaq üçün sərf eləmişəm, bir dəfə də dostları yığıb məclis düzəltmişəm, məbləğin də üstünü düzəltməli olmuşam. Amma belə şeyə normal baxanlar da var. Sadəcə olaraq, mən özümlə bacarmıram.”



Yazıçı Şərif Ağayar: "Almışam da, vermişəm də və buna çox yaxşı baxıram.”










Şair Əsəd Qaraqaplan: "Ustad Vaqif Bayatlı həmişə gənclərin kitablarına şirinlik verib, görmüşəm. Mənə də bir çox kitabımda şəxsən özü çağırıb verib. Bir dəfə hətta elə maraqlı oldu ki. Gördüm ustad əlində bir dəstə pul tutub; hər manatlıqdan bir dənə. Başqa da olub yəqin, fikirləşdikcə demək olar. İlk romanım "Halroman"ı Seymur Baycana hədiyyə edəndə götürmədi, dedi şirinliksiz olmaz və sinvolik də olsa, şirinlik verdi, yadımdadı. Belə hallar olub əlbəttə. Şirinlik də verdiyim olub. Ama indi tam yadımda deyil hamısı...”





Yazar Hikmət Orhun: "Birinci kitabım çıxanda qohumum iyirmi manat vermişdi. O dövr hazırlıqlara təzə başlamışdım, gedib-gəlməkdən ayaqqabımı dağıtmışdım. Yeni bir ayaqqabı aldım.”






Yazar Sevinc Elsevər: "Şirinlik verməmişəm heç bir yazar dostuma. Təqdimatına getmişəm, kitabını almışam. Özüm də heç kimdən şirinlik almamışam. Heç təklif edən də olmayıb

Bu ancaq bizim ölkəmizdə ola bilər. Xaricdə belə şey soruşsan, mat qalarlar ki o nə deməkdi? Bilirəm yazıçılar var, qohum-əqrəbalarından, dostlarından şirinlik alırlar. Şirinliyin hesabına kitabın xərcini çıxarırlar. Mənim belə bir dəstəyim olmayıb. Elə kitab həvəsində olan qohumlarım da yoxdu. Düzünü deyim, qohumlarım heç bilmir mən nə işlə məşğulam.



Şair Emin Piri: "Üzərimdə pul olan vaxta düşəndə dostların kitabını çox sayda alıb hədiyyə etmişəm. Misalçün, son kərə maaş alan vaxtıma düşmüşdü, Ayxan Ayvazın 6 ədəd kitabını alıb ala bilməyənlərə hədiyyə etdim. Bəzənsə qonaqlıq vermişəm. Pulum olanda əlimdən gəldiyi qədər dəstək olmağa çalışıram. Özümə gəldikdə isə "Sağ qalan varmı?!” kitabıma bir dostum min manat şirinlik verdi. Təbii ki, o pulu kitabın çapına verdim. Bəzənsə kitabı çox sayda alıb hədiyyə ediblər.”




Yazar Günel Natiq: "Nə şirinlik almışam, nə də şirinlik vermişəm. Çünki mən razı ola bilmərəm ki, kiminsə büdcəsinə az da olsa ziyan gəlsin. Öz kitabım üçün şirinlik verməyə gəlincə isə, səhv etmirəmsə, əlimdə olan pul-paranı kitabın nəşrinə ödəmişdim, satış da yaxşı təşkil olunmadı, odur ki, əlimdə qalan pullarla bir-iki nəfərə sadəcə kofe ala bilərdim.

O ki qaldı, başqasının yeni kitabına şirinlik vermək, borcumu mən həmin kitab haqqında geniş və maraqlı radio proqramıyla ödəmişəm, hamının da ürəyincə olub, efir söhbəti bilirsiniz ki, çox şirin olur.

Yaxşı xatırlatdınız, növbəti kitabımın nəşrində bu haqda ətraflı düşünərəm. Şirinlik verməyə çalışaram, almağa gəldikdə isə, kitabımı alıb oxusunlar, bu yetərli olar.”



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK