ANA SƏHİFƏ / HADİSƏ

Şamaxıda ruhi xəstə qadını öldürüb quyuya atdı

3542    |   2017-11-14 13:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 13-də səhər tezdən Şamaxı Rayon Polis Şöbəsinə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Araşdırmalarla müəyyən edilib ki, hər səhər onu məktəbə yola salan anası Badamı görməyən oğul həyəcanlanıb və dərhal polisə müraciət edib.

DİN-dən -a verilən xəbərə görə, yaradılan istintaq-əməliyyat qrupu şəhərin Azadlıq küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirib. Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib. Oğlan da onun dolu olduğunu səhər gördüyünü bildirib. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərinliyi 3 metr olan həmin quyu təmizlənərkən oraya atılmış qadın meyidi aşkar olunaraq çıxarılıb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı 57 yaşlı Badam Bağırovanın noyabrın 12-dən 13-nə keçən gecə ruhi xəstə olan yaxın qohumu tərəfindən münaqişə zəminində daşla qətlə yetirildiyi müəyyən olunub.

Bu ağır cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Bağırov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK