adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Noyabr 2017 13:22
12843
SİYASƏT
A- A+

Şahin Mustafayevin sədri olduğu komissiya Qahirədə toplanacaq

2018-ci ilin fevral ayında Qahirədə Misirlə Azərbaycan arasında hökümətlərarası komissiyanın iclası keçiriləcək.

Adalet.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Syüzan Cəmil bildirib.

Görüşdə energetika, siyasət, iqtisadiyyat və digər məsələlər üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Komissiyaya Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, Misir tərəfindən isə Misirin texniki əməkdaşlıq fondunun rəhbəri sədrlik edir.