ANA SƏHİFƏ / GÜNDƏM

İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var - RƏSMİ

4770    |   2017-11-14 13:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində təmaslar davam etdirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.


H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi digər aidiyyatı orqanlarla əlaqələndirilmiş şəkildə məsələni diqqətdə və nəzarətdə saxlayır:


"Hazırda İraqdakı azərbaycanlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir. İraq Respublikasının hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyilə də əsas təmaslarımızı aparırıq. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlar gedir. İlkin olaraq, orada olan azərbaycanlıların humanitar şəraitinin yaxşılaşdırılmasına çalışırıq”.


Nazirlik rəsmisi bildirib ki, azərbaycanlı 4 yaşlı Abdulla ilə bərabər olan 3 yaşlı Xədicənin kimliyi hələ də müəyyənləşməyib:


"Orada qalan uşaqların valideynlərinin kimliyinin müəyyənləşdirilməsi prosesi gedir. Azyaşlı Xədicə adlandırılan qızcığaz da danışmaq iqtidarında olmadığı üçün onun yaxınlarının müəyyənləşməsində çətinliklər var. Hazırda onun valideynlərinin kimliyi dəqiqliklə yoxlanılır. Amma əvvəl də açıqladığımız kimi, həmin qızın Abdulla adlı uşağın bacısı olması öz təsdiqini tapmayıb”.

Qeyd edək ki, valideynləri İŞİD-ə qoşulan 4 yaşlı Abdulla 2017-ci il oktyabrın 12-də Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib.

Bir neçə gün əvvəl iraqlı deputat Vian Dahil bir qədər əvvəl hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib.




İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK