adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Noyabr 2017 12:55
11403
MƏMLƏKƏT
A- A+

Yağış yağacaq, külək əsəcək - Sabahın hava proqnozu

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən xəbərə görə,havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir.Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzindəAbşeronyarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarındahavaşəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.