ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakı Şopinq Festivalının müddəti uzadıldı

1771    |   2017-11-14 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şopinq Festivalının müddəti uzadılıb.

Azərbaycan Konqreslər Bürosunun rəhbəri Ülviyyə Mir-Qasımovanın verdiyi məlumata əsasən, İkinci Bakı Şopinq Festivalının müddəti daha 10 gün artırılıb.

Onun sözlərinə görə, festival noyabrın 25-dək davam edəcək:

"Ticarət obyektlərinin və alıcıların çoxsaylı xahişləri nəticəsində, ölkə rəhbərliyi Şopinq Festivalın müddətini artırmaq qərarına gəlib. Artıq noyabr ayının 15-nə kimi yox, 25-nə kimi Festival çərçivəsində təqdim olunan fürsətlərdən istifadə edə bilərsiniz".

Üzərində "Baku Shopping Festival-Tax-Free” nişanı olan mağazalardan toplam məbləği 100 AZN-dən yuxarı alış-veriş edən alıcılara ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Alış-veriş zamanı satıcı alıcıya elektron Vergi Hesab Fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir.

ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə bilərsiniz.

Qeyd edək ki, Birinci Bakı Şopinq Festivalı bu ilin 10 aprel-10 may tarixlərində keçirilib. İkinci Bakı Şopinq Festivalına oktyabrın 15-da start verilib. Festivalın noyabrın 15-dək davam etməsi nəzərdə tutulurdu.

Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.




İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK