ANA SƏHİFƏ / KRİMİNAL

DİN Şamaxıdakı qətllə bağlı məlumat yaydı

14126    |   2017-11-14 12:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 13-də səhər tezdən Şamaxı Rayon Polis Şöbəsinə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Araşdırmalarla müəyyən edilib ki, hər səhər onu məktəbə yola salan anası Badamı görməyən oğul həyəcanlanıb və dərhal polisə müraciət edib.


DİN-dən bildirilib ki, dərhal yaradılan istintaq-əməliyyat qrupu şəhərin Azadlıq küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirib.

Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib. Oğlan da onun dolu olduğunu səhər gördüyünü bildirib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərinliyi 3 metr olan həmin quyu təmizlənərkən oraya atılmış qadın meyidi aşkar olunaraq çıxarılıb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı 57 yaşlı Badam Bağırovanın noyabrın 12-dən 13-nə keçən gecə ruhi xəstə olan yaxın qohumu tərəfindən münaqişə zəminində daşla qətlə yetirildiyi müəyyən olunub.

Bu ağır cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəhim Bağırov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.





İmza:
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK