adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Noyabr 2017 12:02
13236
İDMAN
A- A+

Buffon futbolla ağlayaraq vidalaşdı - VİDEO

İtaliya millisini tərk edirəm və onu gənclərə həvalə edirəm.

Adalet.az xəbər verir ki, bunu İtaliyanın təcrübəli qapıçısı, canlı əfsanə Canluici Buffon göz yaşları içərisində verdiyi müsahibəsində deyib.

"Perin və Donnarumma kimi gənc qapıçılar mənim yerimi layiqincə tutacaq. Sözsüz ki, İtaliya fubolunun gələcəyi işıqlıdır. Bartsalyi, Bonuççi, Kyellini və De Rossini bağrıma basıram. Onlarla 10 il bir yerdə oynamışıq. Ümumiyyətlə, bu müddət ərzində bizimlə olan hər kəsə təşəkkür edirəm”, - deyə Buffon bildirib.

Qeyd edək ki, DÇ-2018-in final mərhələsinə düşə bilməyən İtaliya millisinin təcrübəli qolkiperi Canluici Buffon dünən karyerasını başa vurduğunu açıqlayıb.