ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM Misir Neft Tədqiqatları İnstitutu ilə memorandum imzaladı

9022    |   2017-11-14 12:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbi (BANM) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlığa başlayacaq. Bu məqsədlə BANM-in rektoru Elmar Qasımov, müəllim- professor heyəti və tələbələrin iştirakı ilə MNTİ-nin direktoru professor Əhməd Məhəmməd Əl-Sabah və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru qonaqları salamlayıb və bu əməkdaşlığın iki ölkə arasında inkişafın bariz nümunəsi olduğunu bildirib. Rektor tədbir iştirakçılarına BANM və MNTİ arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən danışıb və bu yaranmış münasibətdə olan roluna görə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna və onun nümayəndələrinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, razılaşmaya əsasən Ali Məktəbin müəllim-professor və tələbə heyəti bu əməkdaşlığın sayəsində neft-kimya, neft emalı, nanotexnologiya və bu istiqamətlərdə layihə və inkişaf proqramları, o cümlədən gələcəkdə doktorantların hazırlanması üzrə bəhrələnə biləcəklər.

MNTİ-nin direktoru, professor Əhməd Məhəmməd Əl-Sabah Ali Məktəbin rektoru Elmar Qasımova isti münasibət və marağa görə öz təşəkkürünü bildirib. Qonaq hər iki ölkə üçün neft sektorunun və bu sahə üzrə araşdırmaların əhəmiyyətindən, daha sonra isə MNTİ-də bu istiqamətdə mümkün olan imkanlardan və şəraitdən danışıb. Cənab Əhməd Məhəmməd Əl-Sabah MNTİ-nin məhz BANM-lə olan əməkdaşlığın bütün istiqamətlərində maraqlı olduğunu bildirib.

Görüşün sonunda Ali Məktəbin professor-müəllim komandası MNTİ-nin müxtəlif şöbələrinin əməkdaşları ilə yaxından tanış olub və bu istiqamətdə fikir mübadiləsi aparıblar.





İmza:

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

QUZU KƏSƏRƏM BELƏ TƏHSİLƏ

Gənc müəllim: “Hər iki universitet öz ölkəsində ən yaxşısıdır” - MÜSAHİBƏ

Müəllimlərin nəzərinə: Nazirlik vakant yerlərin sayını açıqladı

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb

"BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK