adalet.az header logo
  • Bakı 7°C
13 Noyabr 2017 17:41
24731
ŞOU-BİZNES
A- A+

Rusların tanıdığı azərbaycanlı məşhurlar

Rusiyanın life.ru saytı Azərbaycanın 6 məşhur müğənnisinin adını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, siyahı İnstaqramda izləyici sayı çox olan tanınmış ifaçılar üzərində qurulub.

Ardıcıllıq isə belədir:

Sevil-Sevinc Səfərovaların 1 milyon 200 minizləyicisi var. Bacıların ATV-də yayımlanan "Yeni ulduz” yarışması ilə tanındığı qeyd olunub.


Röya Nəcəfova– 1 milyon 100 min nəfər izləyiciyə sahibdir. Röyanın "Göndər” və "Gəmicilər” klipinin "Youtube”-da bir milyondan çox izlənildiyi yazılıb.

Günay İbrahimli– 946 min izləyici. Günayın ən populyar mahnısı kimi "Sən məndən gedən gündən” qeyd edilib.

Damla Sönməz– 818 min izləyici. Damla aktrisa kimi təqdim olunsa da, onu türkiyəli aktrisalardan biri ilə səhv saldıqları ehtimal olunur. Belə ki, Damlanın "Kösəm” serialında Mahpeykər rolunu canlandırdığı qeyd olunub.

Sevda Yahyayeva– 779 min izləyici. Sevdanın məşhur mahnıları kimi "Dedilər ki”, "Tut əlimdən” qeyd edilib.



Nigar Camal– 253 min nəfər izləyici. Nigarın daha çox "Eurovision 2011”dən sonra tanındığını yazan sayt onun bu müsabiqədə Eldar Qasımovla birlikdə oxuduğu "Running scared” mahnısına görə 211 bal topladığını qeyd edib.