ANA SƏHİFƏ / MƏMLƏKƏT

10 ayda Azərbaycana 2 milyondan çox çox turist gəlib

7788    |   2017-11-13 18:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cari ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20.1% artıb.Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu ilin 10 ayı ərzində Azərbaycana 2 276 604 nəfər xarici ölkə vətəndaşı gəlib.

Onlardan 727 577 Rusiya, 439 305 Gürcüstan, 320 904İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri , 54 242İraq, 49 809 Ukrayna, 31 821Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.

Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan,İranvə Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 19.2 faiz, 14 faiz və 10.9 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələrİran, BƏƏ, Rusiya olub. Belə ki, bu ilİrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.




İmza:
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK