Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Masallıda telefon oğrusu TUTULDU Adalet.az | Masallıda telefon oğrusu TUTULDU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Masallıda telefon oğrusu TUTULDU

15076    |   2017-11-13 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 10-da gecə saat 1 radələrində Masallı Rayon Polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb.

Araşdırmalarla əvvəllər məhkum olunmuş bu şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu daxil olduğunu, oradan isə 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib.

Oğurladığı 1 ədəd "Nokia N 78” və 1 ədəd "Samsung C 100” markalı mobil telefonlar ondan maddi sübut kimi götürülüb.

Lakin istintaq zamanı C.Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, keçən il avqust ayının 26-da axşam saatlarında Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə də qanunsuz yolla daxil olaraq oradan 200 manat oğurlayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK