adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Noyabr 2017 15:30
8403
GÜNDƏM
A- A+

Azərbaycanda yeni telekanal yaradıla bilər

Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalanının yaradılması təklif olunub.

Adalet.az xəbər verir ki, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

MŞ sədri bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir: "Bu, təqdirəlayiqdir. Ordumuz istənilən an torpaqları işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”.

Deputat onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.