adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Noyabr 2017 14:34
23056
KRİMİNAL
A- A+

Şəkidə nəvə nənəsini öldürüb

Şəkidə qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, noyabrın 11-də Şəki rayonunda yaşayan ruhi xəstə Reyhanə Davudova evində münaqişə zəminində nənəsi Nüyvər Sadıqovanı boğub və baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetirib.

R.Davudova könüllü olaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.