adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Noyabr 2017 12:49
12002
MƏMLƏKƏT
A- A+

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, qiymətləndirmənin aparılması qaydası, test imtahanı mərhələsi üçün qəbul proqramları, müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısının əks olunduğu "Dövlət qulluğu” jurnalının 1 saylı buraxılışı çap olunub.

Adalet.az-ın məlumatına görə, noyabrın 14-də jurnalın təqdimatı keçiriləcək.

7 noyabr 2017-ci ildə elan olunan dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat prosesi, eləcə də test imtahanları ilə əlaqədar Dövlət İmtahan Mərkəzində mətbuat konfransı keçiriləcək.