adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Noyabr 2017 12:01
17671
ELM VƏ TƏHSİL
A- A+

“Halliburton” şirkətinin regional rəhbəri BANM-də

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və "Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster arasında görüş keçirilib. Görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlığın genişlənməsi ilə bağlı sualların müzakirəsi olub. "Halliburton”un Azərbaycanda dövlət strukturları ilə iş üzrə meneceri Anar Əliyev də görüşdə iştirak edib.

Rektor ilk öncə qonaqları salamlayıb, daha sonra isə Ali Məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb və bu ilin BANM üçün çox yaddaqalan olduğunu – Ali Məktəbinin kampusunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təntənəli açılışını, BANM-in ilk məzunlarına diplomun verilməsini, Ali Məktəbin qəbul imtahanlarında 700 bal yığmış tələbələrinin və Prezident təqaüdçülərinin sayına görə rekord vurmasını vurğulayıb.

E.Qasımov həmçinin böyük fəxrlə qeyd edib ki, məzunların çoxu artıq aparıcı transmilli şirkətlərə işə qəbul olublar. Həmin şirkətlər arasında "Halliburton” şirkətinin də olduğunu vurğulayaraq rektor bu məhsuldar əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu bildirib. Ali Məktəbin rektoru qonağa Ali Məktəbin tələbələri qaşısında çıxış etməyi və onlara öz profesional karyerası və rəhbərlilk təcrübəsindən danışmağı təklif edib.

"Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və Ali Məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini deyib. Qonaqların sözlərinə görə, Ai Məktəbin yetirmələri dərin profesional biliklər, yaxşı təcrübə keçmələri, işgüzar xüsusiyyətlər və işə məsuliyyətli yanaşmaları ilə çox fərqlənirlər. Cənab Darel Lankaster həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində çox maraqlı olduğunu bildirib.

Sonda qonaq Ali Məktəbin rəhbərliyinə neft-qaz sektorunda beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mühəndislərin yetişdirilməsinə görə öz təşəkkürünü bildirib və bu istiqamətlə uğurlar arzu edib.