adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Noyabr 2017 11:36
15280
SİYASƏT
A- A+

Bahar Muradova: “Bu, əldə olunmuş ən böyük nailiyyətdir”

"33 rayon və şəhər büdcəsinin formalaşmasını öz gəlirləri hesabına həyata keçirir. Bu əldə olunmuş ən böyük nailiyyətlərdəndir”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin vitse-spikeri, Insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var.

"Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.