adalet.az header logo
  • Bakı 7°C
13 Noyabr 2017 12:51
21267
DÜNYA
A- A+

İranda zəlzələdə ölənlərin sayı 328-ə çatıb, 2500 yaralı var - YENİLƏNİB

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 141-ə çatıb.

Təbii fəlakət 2000-dək insanın yaralanmasına səbəb olub.

İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.

Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib.İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər cəlb olunublar.

Prezident Həsən Ruhani zərər çəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı xüsusi göstəriş verib.

***

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb. Bu barədə xarici KİV-lər məlumat yayıblar.

1700-dən çox adamın xəsarət aldığı bildirilir.

***

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.