adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Noyabr 2017 10:22
25687
İDMAN
A- A+

Ronaldu qız atası oldu - FOTO

Madrid "Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun ailəsində artım baş verib.Adalet.az xəbər verir ki, Portuqaliya yığmasının kapitanı qız atası olub. Belə ki, Kriştianu Ronaldunun xanımı Corcina Rodriges noyabrın 13-də qız övladı dünyaya gətirib. Bu barədə Ronaldu Instagram səhifəsində bildirib ki, şəkil paylaşıb.


Dünyaya gələn körpənin adını Martina qoyublar.


Xatırladaq ki, bu il iyunun 8-də 32 yaşlı futbolçu əkiz uşaq atası oldu. ABŞ-da yaşayan surroqat ana Portuqaliya yığmasının kapitanına oğlan və qız dünyaya gətirib. Əkizlərə Yeva və Matteo adı verilib. Ronaldunun 7 yaşlı oğlunu da surroqat ana dünyaya gətirib.