adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Noyabr 2017 10:15
14167
MƏMLƏKƏT
A- A+

Təhsil Nazirliyindən tətil günləri ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili - payız tətili 16-20 noyabr tarixlərində olacaq: "Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır”.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.