ANA SƏHİFƏ / İDMAN

Əfsanəvi idmançının səhhəti ağırlaşdı

4247    |   2017-11-12 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağır atletika tarixində ilk üçqat olimpiya, yeddiqat dünya çempionu Naim Süleymanoğlunun səhhəti ağırlaşıb.

Adalet.az-ın "Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, bir müddət əvvəl qara ciyəri dəyişdirilən 50 yaşlı Süleymanoğlu dünən beyin qanaması keçirdiyi üçün təcili əməliyyat edilib. 1 saat 30 dəqiqə davam edən əməliyyatdan sonra o, reanimasiyaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, sabiq idmançının hazırda durumu sabit olsa da, həyati təhlükəsi davam edir.

Əməliyyatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Süleymanoğlunun ailə üzvləri ilə telefonla danışdığı və onun səhhəti barədə məlumat aldığı bildirilib.

Qeyd edək ki, Naim Süleymanğolu həmçinin 46 dəfə dünya rekordu müəyyənləşdirib. O, ağır atletika tarixində indiyədək ən çox titulu olan idmançıdır.




İmza:
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK