“Milliyə qayıtmaqdan utanırdım”
"Barselona”nın hücumçusu Lionel Messi bəyan edib ki, milliyə qayıtmaqla bağlı qərarı çətinliklə verib.
Qol.az-ın xəbərinə görə, o, Argentina KİV-nə müsahibəsində deyib ki, 2016-cı ildə Çili ilə matçdan sonra millidən ayrılmaq qərarını isti-isti verib:
"Sonra isə qayıtmaq barədə qərarımı elan etməkdə utanırdım. Amma məşqçi və futbolçularımız mənə dəstək oldular. Onlar komandaya qayıtmağım üçün hər şeyi etdilər”.