adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Noyabr 2017 16:18
25779
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyatımızın ən gözəl ata şeiri

Adalet.az kulis.az-ın "Bazar oxusu” layihəsindən Əli Kərimin "Atamın xatirəsi” şeirini təqdim edir.

O sərt idi səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən
Söyləməzdi övlad üçün çox yandığını

Gizli-gizli məni süzüb gülərdi hərdən
Durub-durub güc gələrdi əyri qəlyana
Övladına bircə dəfə can söyləməkdən
Övlad üçün can verməyi asandı ona

Zəhmətsevər, ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən

Sevgisi də soyuq idi təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi
...Moskvada oxuyurdum tərk etdi məni
Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə
Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb öz ölümündən
Ah o niyə belə etdi, bu nə qübardı
Nə zamansa bu nişanda bir atam vardı...