adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Noyabr 2017 16:07
25272
MƏDƏNİYYƏT
A- A+

Məşhur rus teatrı Bakıya qastrola gəlir

Arkadi Raykin adına "Satirikon” Rusiya Dövlət teatrıBakıya qastrola gəlir.

Tamaşalardekabrın 22-i və 23-ündə Rus Dram Teatrında göstəriləcək.

Adalet.az-ın teatrdan əldə etdiyi məlumata görə, dekabrın 22-də Bakı tamaşaçılarına "Konstantin Raykin. Öz səsi ilə” adlı poetik monotamaşa göstəriləcək.

Bu monotamaşada Rusiyanın Xalq artisti Konstantin Raykin David Samoylov, Nikolay Zabolotskov, NikolayRubtsov, Osip Mandelştam, Lope de Veqa, Aleksandr Puşkin kimisevimli şairlərinin şeirlərini oxuyacaq və şərh edəcək.

Dekabrın 23-də isə teatr Bakı tamaşaçılarına Molyerin "Zorən təbib” əsərinin tamaşasını (rej. K. Raykin) təqdim edəcək.