adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Noyabr 2017 15:14
18116
DÜNYA
A- A+

İstanbulda İŞİD əməliyyatı - 34 əcnəbi saxlanıldı

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyatlar davam edir.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gecə 6 bölgədə keçirilən əməliyyat zamanı 34 xarici ölkə vətəndaşı saxlanılıb.

Onların İŞİD bayrağı altında döyüşlərdə iştirak etdiyi, Türkiyədə terrora hazırlıq gördükləri məlum olub.