İraq hərbi helikopteri qəzaya düşdü
İraq ordusuna məxsus helikopter qəzaya düşüb.
Adalet.az xəbər verir ki, bu barədə informasiyanı "Rudav” agentliyi yayıb.
Qəza Vasıt vilayətinin Kut şəhərində baş verib. İnsident nəticəsində 3 hərbçi həlak olub. Qəzanın baş verməsi səbəbləri hələlik açıqlanmayıb.