adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Noyabr 2017 17:41
12582
İDMAN
A- A+

“Qarabağ” – “Çelsi” matçına 50 mindən çox bilet satılıb

Çempionlar Liqasının V turunda baş tutacaq "Qarabağ” – "Çelsi” matçının bilet satışları davam edir.

"Qarabağ” klubundan  verilən məlumata görə, biletlərin çoxu satılıb.

Belə ki, artıq 50 mindən çox biletin öz sahibini tapdığı bildirilib. Matç saatına qədər bütün biletlərin satılması gözlənilir.

Qeyd edək ki, "Qarabağ” – "Çelsi” görüşü noyabrın 22-də 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

Satış məntəqələri:

"Gənclik mall” və "28 mall”

"Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası)