adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Noyabr 2017 15:43
26222
MƏDƏNİYYƏT
A- A+

Əbülfəs Qarayev Bəhreyndə görüş keçirdi

Mədəniyyət və turizm Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında səfərdədir.

Adalet.az-ın məlumatına görə, səfər çərçivəsində Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüş keçirilib.

Görüş zamanı, xanım Nazir Azərbaycanla Bəhreyn arasında mədəni əlaqələrinin olduqca yüksək olduğunu bildirib, bundan sonra bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Həmçinin, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Bakıya etdiyi çoxsaylı səfərlərinin onda paytaxt və insanlar haqqında xoş təəssürat yaratdığını, tarix-mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikultiralizm sahəsində Azərbaycanın nümunə olduğunu qeyd edib.

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə həmkarına təşəkkürünü bildirib və Bəhreyn Krallığına səfərinin həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

İran Körfəzi ölklərinin turizm sənayesi nümayəndələri üçün keçirilən Azərbaycanın turizm imkanlarının təqdimatı haqqında danışan nazir qeyd edib ki, Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıyıq.

Görüş zamanı, son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artmasından və qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsinin vacibliyi bildirilib.

Həmçinin, səfər zamanı nazir Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə müşayiəti ilə bir sıra mədəni tədbirlərdə iştirak edib.