adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Noyabr 2017 14:04
18377
DÜNYA
A- A+

İstanbulda terror aktının qarşısı alınıb

Türkiyədə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı törətməyə hazırlaşdığı barədə məlumat daxil olub.

Adalet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, məlumatla bağlı keçirilən əməliyyatda 6 şübhəli saxlanılıb.

Onların yaşadıqları ünvanlarda aparılan axtarışlarda çox sayda təşkilati proqram və rəqəmsal material ələ keçirilib. Hazırda polis tərəfindən əməliyyatlar davam edir.