ANA SƏHİFƏ / DÜNYA

“Putin İttifaqı”ndan Ermənistana iqtisadi ZƏRBƏ

10365    |   2017-11-11 13:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan təşkilatın ticarət proqramı ilə bağlı müddəalarını yerinə yetirə bilmir.

Adalet.az-ın məlumatına görə, "Jovoxurd” nəşri yazıb ki, Ermənistan siqaret ixracını ildən-ilə çoxaldır. Və məlum olub ki, tütün məmulatları Avrasiya İttifaqı ölkələrinə deyil, əsasən münaqişə olan dövlətlərə satılır.

Belə ki, İraq Ermənistan siqaretlərinin ən böyük alıcısıdır. Həmçinin məlum olub ki, Ermənistandan Suriyaya siqaret ixracı çoxalıb. Ermənistan bundan başqa Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya kimi ölkələrə də siqaret satır.

Avrasiya İttifaqına gəlincə, bu təşkilatın üzvləri olan Belarus, Qazaxıstana, Qırğızıstan Ermənistandan siqaret idxal etmək niyyətində deyil. Ona görə də, Ermənistan Avrasiya İttifaqının üzvü olsa da, bu ölkələr bazarını rəsmi Yerevan üçün qapadıb.

Məlumata görə, yalnız Rusiya bazarı erməni siqaretlərini qəbul edir, lakin ötən illə müqayisədə ixrac azalıb.

Belə ki, ötən il Ermənistan Rusiyaya 2 milyon 10 min 700 dollarlıq tütün məmulatı satıbsa, 2017-ci ildə bu rəqəm 1 milyon 75 min 600 dollar təşkil edib.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK