adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Noyabr 2017 13:54
6008
HADİSƏ
A- A+

Telman İsmayılov barəsində həbs qərarı çıxarıldı

Moskvanın Basman rayon məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu qətldə təqsirli bilib.

Adalet.az-ın məlumatına görə, oktyabrın 30-da T.İsmayılov barəsində həbs qərarı çıxarılıb.

O, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkili bildirib ki, qərarla əlaqədar apelyasiya verilib.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.(modern.az)