adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Noyabr 2017 12:19
7432
HADİSƏ
A- A+

DİN polislərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat barədə məlumat yayıb.

Adalet.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi "Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər.

E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.