adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Noyabr 2017 11:45
15176
SİYASƏT
A- A+

Deputatlar Parisə gedir

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.

Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası barədə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi, yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Millət vəkilləri müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər noyabrın 14-də başa çatacaq.