ANA SƏHİFƏ / Layihə

BƏRDƏ NECƏ GÖZƏL, NECƏ QƏŞƏNGDİR

4325    |   2017-11-11 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


Heç kimə sirr deyil ki, Cənubi Qafqazın ən böyük ölkəsi, ərazisi olan Azərbaycan həm də kifayət qədər zəngin bir tarixə malikdir. Bu tarixin bir nüansı da, yəni onu özündə ifadə edən arqument də təbii ki, qədim yaşayış məskənlərimiz, yəni tarixin yaddaşında izi qalan yazılı ədəbiyyatda sözü görünən şəhərlərimizdir. Bu mənada Azərbaycanın ən qədim şəhərlərindən biri də, yəni Örənqala şəhəri kimi tariximizdə izi olan bir ünvanda da Bərdə şəhəridir. Maraqlıdır ki, bu şəhərlə bağlı nəyisə düşünmək, ağlına gətirmək istəyəndə dərhal yada böyük və dahi Şeyx Nizaminin misraları düşür:

Bərdə necə gözəl, necə qəşəngdir,
Yazı da, qışı da, güldü, çiçəkdi.

Bəli, bu misralar hər kəsin yaddaşında Bərdə barəsində artıq işıqlı bir fikir oyadır. Özün də hiss etmədən düşünürsən ki, söhbət abad, qaim-qədim tarixi olan bir şəhərdən gedir. Elə bir şəhərdən ki, o, şeyx Nizaminin qələmiylə demək olar ki, bütün dünyada tanınır. Çünki "İsgəndərnamə"ni oxuyan hər kəs Bərdə hökmdarının, yəni Azərbaycan xanımının cəsarəti, düşüncəsi və təbii ki, müdrikliyi önündə susub heyrətdə qalır. Nüşabənin uzaqgörənliyi Bərdəni xilas edir.
Bu gün qədim Bərdənin tarixini vərəqləyərkən məlum olur ki, hələ ən antik dövrlərin tarixinə baş vuranda Azərbaycanın Kür çayı sahilində 29 şəhərin adının keçdiyini görürük. Bu 29 şəhərin içərisində paytaxt kimi seçilən bir şəhər də olub. Bu şəhərin adı Bərdədir. Arxeoloqlarımızın, ümumiyyətlə, araşdırmaçıların, necə deyərlər, tarix bilicilərinin ölkəmizin ərazisində xüsusi dövrü əhatə edən Kür-Araz mədəniyyətini çözərkən bu şəhərlə bağlı xeyli məlumatlar, nümunələr ortaya çıxara bilmişdilər.
Yeri gəlmişkən, xatırladıq ki, Kür-Araz mədəniyyəti tariximizin bizim eradan əvvəl IV-I minilliyi əhatə edir. Bax, bu mənada eradan əvvəl şəhər tipli yaşayış məskənlərinin mövcud olması və bununla bağlı müəyyən materialların əldə edilməsi Bərdənin qədimliyini şübhəsiz və mübahisəsiz təsdiq edir.
Aparılan araşdırmalar onu da göstərir ki, bizim tariximizin dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası dövrü və ümumiyyətlə dünya sivilizasiyasını ən antik mənbələrindən olan Quruçay mədəniyyəti və buna artıq yaxınlaşan, necə deyərlər, paralelləşən Kür-Araz mədəniyyəti öz mövcudluğu ilə bizim özümüzü tanımağımıza bir pəncərə açır. Elə bu pəncərədən boylanıb baxanda onda görürük ki, Azərbaycan Albaniyasının mərkəzində meydana gəlmiş qədim Bərdə şəhəri çox böyük bir ərazini əhatə etmişdir. Özü də həmin qədim şəhər bu gün də yaraşıqlı olan və özünün inkişafı ilə diqqəti çəkmək, müasir Bərdənin təqribən 5-6 km yerləşmişdir. Bu gün də qədim şəhərin mövcud olduğu ərazidə şəhərin qalıqları ilə qarşılaşmaq mümkündür. Aparılan arxeoloji qazıntılar göstərir ki, qədim Bərdənin yerində antik dövrə, eləcə də erkən orta əsrlərə qədər bu şəhər mövcud olmuş və yalnız alimlərin fikirlərinə görə, ilk orta əsrdən sonra zaman-zaman yerini dəyişməyə başlamışdır. Və onun bu yerdəyişməsi tarixdən silinməmiş, əksinə, bugünkü Bərdənin timsalında daha da çiçəklənmişdir.
Bərdə şəhəri ərazisində aparılan arxeoloji qazıntılar, həmçinin bu regionda ədəbiyyatşünasların, folklor araşdırmaçılarının, coğrafiyaşünasların, eləcə də elmin digər sahələri ilə əlaqəli tədqiqat aparan alimlər bu qənaətə gəliblər ki, Bərdə sözün bütün mənalarında Azərbaycan tarixini birmənalı şəkildə təqdim etmək gücündədir. Yəni bu şəhərin tarixini araşdırmaqla Azərbaycan tarixinin çox böyük zaman kəsiyini öyrənmək olar. Bunun üçün arxeoloqların yerin alt qatlarından təkcə göz önünə gətirdikləri yox, həm də tariximizə yazdıqları bilgilər maraq dünyamızı zənginləşdirməklə yanaşı, tariximizi də rövnəqləndirir.
Bax, bu mənada toplanan arxeoloji materiallar, həmçinin yazılı bilgilər sübut edir ki, bu şəhərin tikinti-memarlıq çalarları, eləcə də Bərdə sözünün özünün etimologiyası çox maraqlıdır. Ayrı-ayrı hərəkatları, ideoloji və ictimai-siyasi hadisələri özündə birləşdirməyi bacarmış, təkcə iqtisadi zona kimi yox, həm də siyasi hadisələrin mərkəzi kimi də bu şəhər diqqətdə olmuşdur. Tarix kitablarına baxanda onda məlum olur ki, Bərdədə böyük bir siyasi hərəkat kimi iz buraxmış maneçilik və məzdəkizim hərəkatı da bu şəhərin tarixinə özünü möhürləmiş və həmin hərəkatları öyrənmiş alimlər də paralel olaraq Bərdənin tarixini öz əsərlərinə köçürmüşdülər. Ümumiyyətlə, bu şəhər yerləşdiyi ərazi baxımından da çox diqqətçəkən bir coğrafi məkanda yerləşir. Əgər diqqət yetirsək, onda görərik ki, Bərdə şəhəri iki çayı arasında, yəni Kür və Tərtər çaylarının arasında yerləşir. Və da şəhərə su təminatı baxımından çox böyük imkanlar verir. Elə şəhərin yerləşdiyi coğrafi məkan barəsində də məşhur alimlərin, xüsusilə tarixin atası sayılan Straqonun və Polomeyin "Coğrafiya" əsərində və bir də böyük Plinin "Təbii tarix" kitabında məlumatlara rast gəlmək mümkündür. Məhz bu kitablarda, yəni tarixi mənbələrdə Bərdənin harada yerləşdiyi öz əksini tapıb.
Ümumiyyətlə, Azərbaycan ərazisində mövcud olan qədim şəhərlərin daha çox şərq şəhərlərinə məxsus bir görüntüsü, bir tipi var. Yəni şərq şəhərlərinin coğrafi mənzərəsi yox, tikilmə, salınma üslubu Bərdənin də timsalında özünü əyani şəkildə göstərir. Odur ki, Bərdə şəhərinin özünəməxsusluğu ilə yanaşı, həm də bir şərq şəhəri kimi də dünyanın qədim mədəniyyət mərkəzlərindən biri kimi tarixdə öz yerini tutubdu.
Şəhərin coğrafi ərazisi elədir ki, onun genişlənmə, şaxələnmə imkanları çox olubdu. Ona görə də şəhər demək olar ki, bütün istiqamətlərdə genişlənib. Və bu genişlənmə həm də şəhərin qorunması, müdafiəsi baxımından da diqqətdə saxlanılmış və şəhərin sakinləri bu qalaya, onun divarlarına güvənmişdilər. Arxeoloji qazıntılar zamanı aşkarlanan qalıqlar, xüsusilə müdafiə istehkamlarının qalıqları dediklərimizi sübut edir. Burada qazıntılar zamanı tapılmış bir iz də Bərdənin qala qapılarının olmasıdır. Yəni aşkarlanmış nümunələr bu tapıntının məhz qala qapıları olduğunu xəbər verir.

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU



İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK