adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Noyabr 2017 22:48
3990
HADİSƏ
A- A+

Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

Bakıda 16 mərtəbəli yaşayış binasında. yanğın baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb. Blokların birindəki elektrik şitində qəfil baş verən tüstülənmə yanğına çevrilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yaşayış binasının bir hissəsinin sakinləri təxliyə olunub.

Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib.

APA