ANA SƏHİFƏ / MARAQLI

Günəşdə qasırğa başlayıb

15915    |   2017-11-10 18:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünəndən etibarən Günəşdə irimiqyaslı plazma qasırğası başlayıb.

Adalet.az "Report”a ata istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyinin (NASA) alimləri bildirib.

Onların sözlərinə görə, qasırğanın başvermə səbəblərini və nə vaxta kimi davam edəcəyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Məlumata görə, plazma qasırğası Günəşdə geomaqnit qasırğalarının yaranmasına zəmin yaradır. Alimlər vurğulayıblar ki, plazma qasırğaları nadir hallarda qeydə alınır.

Xatırladaq ki, noyabrın 7-si və 8-də də Günəşdə qasırğa baş verib. Qasırğa noyabrın 9-u və 10-da maksimuma çatıb və ayın 11-də isə nisbətən zəifləyəcəyi gözlənilir. Noyabrın 15-də yenidən geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.


İmza:
SON XƏBƏRLƏR
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK