adalet.az header logo
  • Bakı 20°C
10 Noyabr 2017 18:03
8550
MƏMLƏKƏT
A- A+

Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 14-də Saatlı rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki,Saatlırayonu Gənclər Mərkəzində (ünvan:Saatlışəhəri, Həsən bəyZərdabi küçəsi 71a) keçiriləcək qəbuldaSaatlı,Sabirabadvəİmişlirayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbulaİmişliregional ədliyyə idarəsi (ünvan:İmişlişəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habeləƏdliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055 925-37-41 nömrəli telefonları,[email protected] poçt ünvanı vasitəsilə, eləcə dəSaatlırayonu Gənclər Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədləƏdliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.