ANA SƏHİFƏ / GÜNDƏM

“İrəli” “Azərbaycanın İntellektual Birİncisi”-nin regional turnirlərinə başladı

5853    |   2017-11-10 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

28.10.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, "İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, layihə koordinatoru Tərlan Məmmədli çıxış edib. Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib.

Bakı şəhərində keçirilən regional seçim turunda "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Nəsimi, "Axtar tap” intellektual oyununda Sabunçu , "Vətəni tanı” İntellektual oyununda Nizami rayonunun gənc intellektualları qalib olublar.

29.10.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron üzrə regional turnir keçirilib.

Abşeron üzrə keçirilən regional seçim turunda "Xəmsə”, "Vətəni tanı” intellektual oyunlarında Sumqayıt şəhəri, "Nə? Harada? Nə zaman?”, "Axtar tap” intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

04.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba üzrə regional turnir keçirilib. "Azərbaycan İntellektual Birİncisi” layihəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Çıxış edən "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Quba şəhərində keçirilən regional seçim turunda "Xəmsə” intellektual oyununda Şabran, "Nə? Harada? Nə zaman?” intellektual oyununda Siyəzən, "Axtar tap”, "Vətəni tanı” intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar

05.11.17 tarixində"Azərbaycan İntellektual Birİncisi” layihəsinin Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarının iştirakı ilə Tərtər Yuxarı Qarabağ rayonu üzrə regional turnir keçirilib.

Tərtər rayonunda keçirilən regional seçim turunda "Xəmsə”, "Axtar tap” İntellektual oyununda Füzuli, "Nə? Harada? Nə zaman?”, "Vətəni tanı” İntellektual oyununda Tərtər rayonunun gənc intellektualları qalib olublar

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcəkdir.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK