Aqil ABBAS: AY ALLAH, MƏNİ NİYƏ ŞƏHİD ELƏMƏDİN?!

AQİL ABBAS
71198 | 2017-11-13 10:00

Aprelşəhidləri ilə bağlı bir əsər üzərində işləyirəm.Çox ağır gedir. «Dolu»nu yazanda dabu ağırlığı hiss eləmişdim. Oturub Mehriban xanıma diqtə edirdim. Hərdən də gözümünönünə gəlirdi hadisələr, kövrəlirdim.Hətta ağladım da. Belə bir yer idi: Şəhidatası oğlunun yerinə döyüşə girir və şəhid olur. «Dolu»da da belə bir yer var, amma bu onun təkrarı deyil.

Buvaxt otağa saçı ağarmış və çox səliqəli geyinmişbir nəfər daxil oldu. Məsələ ondadı ki, mənimotağımın qapısı həmişə açıq olur. Yəni kimsəqapını döymədən girir içəri. Ürəyimdəyamanladım ki, qoyun yazımızı yazaq da. Amma geri çevirə bilməzdim. Dedim axı, qapım açıqdı və həmişə açıq olur.

Yergöstərdim ki, əyləşin və dedim ki, eşidirəm sizi.

Adını,soyadını dedi, amma yazmıram. Görünür, onun problemləri ilə bağlı ayrı yazı yazacam.

Əyləşdi.Dedim ki, eşidirəm.

-Mən savaş başlayandan «speçnaz»da olmuşam. Tərtərdə, Ağdamda, Füzulidə döyüşmüşəm.Seyidəhmədlidə yaralanmışam. Sonra sağalıb yenidən döyüşə getmişəm Ağdama.

Ağdamdadöyüşdüyü kəndləri adbaad sayır. Komandirlərin adını adbaad sayır.Bildirir ki, o, döyüşə könüllü gedib.

Sonuncudəfə də Ağdamda yaralanıb, amma yenə döyüşə gedib. Atəşkəsə qədər dəsəngərdən çıxmayıb. Müharibə veteranıdı.

Neçəildi işsizdi. Deyir ki, bir Allahıma şükür edirəm ki, ən ağır vaxtlarımda, hospitalda ölümlə savaşdığım vaxtlarda da xanımım məni təkburaxmadı. Bəlkə də onun sevgisidir ki, mənölmədim.

-İndi həmin xanımımın yanında başımı qaldırabilmirəm. Çünki neçə ildi işsizəm. Evə çörəkgətirə bilmirəm. Yaralarım imkan vermir ki, daş da daşıyım. Amma yenə xanımımhər axşam məni gülərüzlə qarşılayır. Hərşey yaxşı olacaq deyir. Tez-tez Şəhidlər Xiyabanına gedirəm. Ziyarət edirəm. Və şəhidlərə paxıllığım tutur. Hətta Allaha asi oluram.Deyirəm, ay Allah, mənim günahım nə idi ki,məni onlar kimi şəhid edib xoşbəxtetmədin?!

Soruşuramki, məndən bir istəyin varmı?

Deyir:

-Heç bir istəyim yoxdu. İstəyim olsa nə edəcəksən ki? Elə gəldim ürəyimiboşaldım və gedim. Salamat qal! Amma, müəllim, inşallah, savaş gözləyirəm. 61 yaşım var və bugün savaş başlasa, yenə döyüşə gedəcəm.

Və getdi. Çox şeydanışdıq. Razılıq versə, danışdıqlarını yaxın günlərdə çap edəcəm.


TƏQVİM / ARXİV