Media vitrinində qəlp brilyantlar

MƏZAHİR ƏHMƏDZADƏ
43610 | 2017-11-10 13:48

...Acınacaqlımənzərədir. Qəzet səhifələrində, saytlarda, televiziya kanallarında sanki bir"Qara Volqa” şütüyür. Bir zamanların bestselleri sayılan bu romandantanıdığımız "Paxan”ın, "Pəncəli” Aslanın, Klaranın... müasir prototiplərimediamızın ulduzuna çevrilməkdədirlər. Belə çıxır ki, kriminal aləmə maraqsimptomları dəyişməz qalır. Sanki hər dövrün özünəməxsus qanundankənar təfəkkürüformalaşır.

Mətbuatöz ciddi missiyasından niyə belə tez geri çəkildi? Stalin dövründən miras qalan"qanuni oğrular” məsələsi, müxtəlif ayamalı avtoritetlər bu gün nə üçün gündəmizəbt etdi? Cəmiyyətin, xüsusilə gənclərimizin qaranlıq dünyanın "Paxan”,"Lotu”, "Qoca” ayamalı adamlarına aşırı maraq göstərməsinə səbəb nədir?Ətrafımızda nələr baş verir?

Qaçmaq...Ədalətdənmi?

Ötənayın 23-də Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlıvaqonda paytaxta etap olunan və ağır cinayətlərlə təqsirləndirilərək həbs edilənEtibar Məmmədov və Əli Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altındanqaçdılar.

Dərhalda medianın ulduzlarına çevrilən bu iki məhbusdan biri-Əli Ağami həyata keçirilənoperativ əməliyyat-axtarış tədbirləri nəticəsində tutuldu. Onu gizləndiyiŞirvan şəhərindən 3 gün əvvəl qaçdığı Bakıya gətirdilər və istintaq təcridxanasınayerləşdirdilər.

Digərbir məhbus - "Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov da uzaq qaça bilmədi.Ölkə sərhədlərini qanunsuz və asanlıqla adlaya bilməyəcəyini görən E. MəmmədovAğstafadan Bakıya qayıtmaq qərarına gəldi. Yolüstü Hacıqabuldakı tanışlarının əhatəsində"dincini” alan "Qoca”nın növbəti təhlükəli planlarını hüquq-mühafizəorqanlarının əməkdaşları pozdu. Daxili İşlər Nazirliyinin paytaxt yaxınlığındahazırladığı xüsusi əməliyyat zamanı ələkeçəcəyini görüb polisə silahlı müqavimət göstərən Etibar Məmmədov atışmada məhvedildi.

Sonvaxtlar şəkilləri qəzetlərdən, saytların ana səhifələrindən, bəzi TVekranlarından düşməyən Etibar Məmmədovla Əli Ağami xüsusi təyinatlı vaqondan təsadüfnəticəsində qaçsalar da (bu məqama bir azdan yenə qayıdacağıq) oranın təsadüfi sakinideyildilər. Kriminal dünya ilə tanışlıqları da sadəcə bir yanlış anlaşma üzündənolmamışdı. Xüsusi ilə "Qoca" ləqəbli E. Məmmədov qatı cinayətkarsayılırdı. Ona aid qovluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə "zəngin"idi.

"Qoca"qətl və digər ağır cinayətlər törətməkdə "saç ağartmişdi". Hələ 90-cıillərin əvvəllərindən, belə demək mümkünsə, uşaq yaşlarından yolu müxtəlifsaylı və təyinatlı cəzaçəkmə müəssisələrindən düşmüsdü. Hətta konvoylardanbirini boğaraq həbsxanadan qaçmağa cəhd göstərmiş, lakin tutularaq ədalət məhkəməsinəçıxarılmişdi. Sonrakı illərdə o, cinayət əməlləri törətməkdə davam edib və yolutez-tez "dəmir barmaqlıqlar" arxasına düşüb.

Yerigəlmişkən, məlum hadisədən sonra E. Məmmədovu cəmiyyətə, gənclərimizə az qalamüsbət qəhrəman obrazında təqdim etməyə çalışan, bu təhlükəli"avtoritet" ətrafında şou düzəltməkdən usanmayanların diqqətinə birvacib məqamı çatdırmaq istərdik. E. Məmmədov və onun suç ortağına xüsusi təyinatlıvaqondan qaçmazdan bir gün öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilənprosesdə dövlət ittihamçısı hər birinə ayrı-ayrılıqda 19 il azadlıqdan məhrumetməcəzası istəyib.

Belə"müsbət qəhrəman” bu gün kimə və ya kimlərə lazımdır? Naşı təbliğat və təşviqatçılarınməqsədi nədir?

Cinayətvə cəza

Qatıcinayətkarların cəzaçəkmə müəssisəsindən və müşayiət altından qaçışı nadir dəolsa, dünyanın istənilən nöqtəsində rast gəlinə bilən hadisədir. Müxtəlif ölkələrdəbaş verən oxşar olaylar barədə xəbərlər mediada ara-sıra yer alır.

Çoxtəəssüf ki, ötən ay belə bir olay ölkəmizdə də yaşandı. Baş vermiş bu hadisə iləəlaqədar Ədliyyə Nazirliyində dərhal Əməliyyat Qərargahı yaradıldı, digərhüquq-mühafizə orqanları ilə birgə həbsdən qaçan şəxslərin axtarışı vəyaxalanması üçün bütün zəruri tədbirlər həyata keçirildi. Göstərilən səylər özmüsbət nəticəsini verdi, yuxarıda qeyd etdiyimiz kimi, qaçan məhbuslardan biritutularaq istintaq təcridxanasına qaytarıldı, digəri isə polisə silahlı müqavimətgöstərdiyi üçün məhv edildi.


ƏdliyyəNazirliyinin rəhbərliyi hadisənin baş verməsini yaradan şərait və səbəblərinaraşdırılması üçün hərtərəfli və prinsipial xidməti yoxlama apardı. Xidmətiyoxlamanın ilkin nəticələri təhlil edildikdən sonra vəzifə borclarını lazımıncayerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin 21rəhbər və məsul işçisi artıq ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən,15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduqları vəzifədən azadedilib. 4 nəfər isə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinəcəlb edilərək həbs olunub. Ədliyyə Nazirliyinin bu məsələdə göstərdiyiprinsipial mövqe ortadadır. Cinayət varsa, cəza da mütləq olacaq! Ancaq olaylabağlı bir faktı da yaddan çıxarmamalı, arxa plana keçirməməliyik. Vəzifə məsuliyyətivə ya digər səbəbdən cəzalandırılan 21 nəfərPenitensiar Xidmət əməkdaşının da ailələri, doğmaları var. Bu barədə dərindəndüşündükmü, nəsə yazdıqmı? Həm də necə olur, qatı cinayətkarlara yardım edənlərüçün rəhm motivli ajiotaja cəhd edilir, fəaliyyətləri boyu bir dəfə səhv edən nəzarətçilərinvə digər cəzalananların taleyi isə düşünülmür, bu barədə bircə sətir beləyazılmır? Cəmiyyət və media paralelliyi bütün məqamlarda gerçəkliyi vəprinsipiallığı üstün tutmalıdır.

"Qaçış”olayında bu və ya digər şəkildə iştirak edən, həmin məhbuslarla cinayət əlaqəsinəgirənlər arasında iki nəfər qadın da var. Onlar barəsində həbs qətimkan tədbiriseçilib, həmin avtoritetlərin suç ortağı olan bu qadınlardan biri məlum olduğukimi şou-biznes təmsilçisidir. Amma bu heç kimə baş verən cinayətə "şou salatı”qatmaq ixtiyarı vermir. Gəlin etiraf edək ki, mətbuatda bu cəhdə yetərincə rastgəlmək olur. Təəssüf ki, bəzən tanınmış ictimai xadimlər, sənət adamları,ziyalılar da qaydasız oyuna cəlb edilir, məlum olaya görə həbs edilən qadın müğənnininguya müdafiəsi üçün onlara şərait yaradılır. Əslində isə cəmiyyətdə yanlış rəyformalaşdırılır, istintaqın gedişinə süni maneələr yaradılır.

Yuxarıdaqeyd etdiyimiz kimi, cinayət varsa, cəza da olacaq. Ona görə də gəlin tələsməyək,məlum hadisə ətrafında şou düzəltməkdənsə istintaqın nəticələrini gözləyək. Tələsməkheç də hər zaman uğur gətirmir.

Xüsusitəyinatlılar kimi...

Azadlıqmüqəddəs nemətdir, müstəqil yaşamaq gözəl duyğu olmaqla yanaşı həm də məsuliyyəttələb edir. Yer üzündə hər bir insana azad yaşamaq, hər bir xalqa müstəqillik qazanmaq şansı nəsib olmur.

Azərbaycantarixində ikinci dəfə azadlıq əldə etdikdən sonra müstəqil dövlət kimi yaşamağaqadir olduğunu dünyaya nümayiş etdirib. Xüsusilə son illər atılan məqsədyönlüaddımlar, həyata keçirilən transmilli layihələr Azərbaycanın qüdrətini ortayaqoyub. İslahatlar dövlətin ən vacib strukturlarından hesab edilən ƏdliyyəNazirliyindən də yan keçməyib. Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin imzaladığı Fərman və Sərəncamlar nazirliyin fəaliyyətini daha da gücləndirməkvə dünya standartlarına uyğunlaşdırmaq üçün əsas rol oynayıb, məhkəmə-hüquqislahatlarının uğurla davam etdirilməsinə şərait yaradıb. Dovlət başçısının buil fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədarolmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqiningenişləndirilməsi barədə" Sərəncamı Penitensiar Xidmətin fəaliyyəti üçünbir yol xəritəsidir.

Sərəncamdapenitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texnikibazasının gücləndirilməsi, cəzaların icrası sahəsində korrupsiyanı istisna edənşəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəzasiyasətinin humanistləşdirilməsi üçün konkret tapşırıqlar verilib.

Sərəncamınicrasını təmin etmək məqsədi ilə ədliyyə nazirinin müavini- Penitensiar Xidmətinrəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun sədrliyi ilə komissiyayaradılıb. Komissiya müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi,əməkdaşların sosial müdafiəsinin möhkəmləndirilməsi və s. məsələlərlə bağlı təkliflərhazırlayraq Ədliyyə Nazirliyinə təqdim edib.

Nəzərəalmaq lazımdır ki, ölkədəki cəzaçəkmə müəssisələrinin əksəriyyəti sovet dövründənbizə miras qalıb. Qısa müddət ərzində onları modernləşdirmək, Avropa Şurasınınvə digər beynəlxalq qurumların tələbləri əsasında müasir standartlarauyğunlaşdırmaq heç də asan məsələ deyil. Bütün bunlara baxmayaraq, PenitensiarXidmətin rəhbərliyinin və əməkdaşlarının gərgin əməyi sayəsində son illər busahədə xeyli iş görülüb. Təkcə bu ilin 9 ayının nəticələri ilə tanış olanda əldəedilən uğurları görmək mümkündür.

ÖlkədəProbasiya xidmətinin təşkili ilə bağlı Avropa İttifaqının reallaşdırdığı layihəyəuyğun olaraq bu təsisatın konsepsiyasının və hüquqi bazasının hazırlanmasıdavam etdirilir. Penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinə, təminatlarınınqanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədi iləİşçi Qrupu yaradılıb. Həbs edilmiş şəxslərə tibbi yardımın göstərilməsi işini təkmilləşdirməküçün müəyyən addımlar atılıb.

Prezidentinməhkumların əfv edilməsi ilə bağlı bu il 16 mart və 11 sentyabr tarixli sərəncamlarıvaxtında icra edilib. Bu ilin 9 ayı ərzində həyata keçirilən kompleks əməliyyat-rejimtədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən törədilməsiehtimal olunan cinayət hadisələrinin qarşısının alınması hallarının sayı 5,1faiz artıb. Hesabat dövründə penitensiar müəssisələrdə qeydə alınan cinayəthadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2, 3 dəfə azalıb.Hüquq-mühafizə orqanları ilə birgə görülən əməliyyat tədbirləri nəticəsində 3odlu silah aşkar edilərək aidiyyatı orqanlara təhvil verilib. Bu ilin 9 ayı ərzindəhəbs edilmiş şəxslərə və məhkumlara qadağan olunmuş, habelə saxlanması icazəverilməyən əşyaların daxil olmasının qarşısının alınması davam etdirilib. Əməliyyat tədbirləri nəticəsində 1.170manat pul, 61 fakt üzrə 120. 736 qram narkotik və psixotrop maddələr aşkarolunub. Eyni zamanda, 95 mobil telefon götürülüb. Hesabat dövründə beynəlxalq vəyerli qeyri-hökumət, hüquq müdafiə təşkilatları ilə işgüzar əlaqələr davamedib.

SadalalanlarPenitensiar Xidmət əməkdaşların fədakar əməyinin cüzi bir hissəsini əhatə edir.Etiraf edək ki, bu sahədə çalışmaq heç də asan deyil. Bu əməkdaşlar belə deməkmümükünsə, xüsusi təyinatlı insanlardır. Onlar xidmət vaxtının əksər hissəsiniCinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs edilən məhbusların əhatəsindəkeçirir, ətraf aləmlə, hətta ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi beləsaxlaya bilmirlər.

Penitensiar Xidmətinçətin şəraitdə çalışan əməkdaşları diqqət və ehtrama layiqdirlər.

Yeni "qəhrəman”axtarışındamı?

Mətbuat cəmiyyətingüzgüsüdür deyirlər. Bəs nədən bu güzgü erməni işğalçılarına qarşı savaşda canlarından keçən şəhidlərimizi,ön cəbhdə rəşadət göstərən əsgər və zabitlərimizi, dünya şöhrətli elm və mədəniyyətxadimlərimizi, bayrağımızı yüksəklərə qaldıran idmançılarımzı, əlaçı tələbələrimizideyil, əksər hallarda avtoritetləri göstərməyə çalışır? Ömrünü tikanlı məftillərarasında yelə verən kriminal aləmin müxtəlif ləqəbli nümayəndələrini təbliğ etməküçün sanki yarışa girir. Şou tozanağı qaldıran, oğru dünyasının nümayəndələrinivəsf edən, gənclərdə vətənpərvərlik hissini təbliğini gərəksiz və gəlirsiz işsayan bəzi media təmsilçilərinə cəmiyyətin doğru yol göstərməsinin zamanıdır.

Amma bir vaxtlarmətbuat cəmiyyətə tam olaraq doğru yol göstərirdi.

Zamanınironiyasımı?


TƏQVİM / ARXİV