ANA SƏHİFƏ / YAZARLAR

Media vitrinində qəlp brilyantlar

Məzahir ƏHMƏDZADƏ

4032    |   2017-11-10 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Acınacaqlı mənzərədir. Qəzet səhifələrində, saytlarda, televiziya kanallarında sanki bir "Qara Volqa” şütüyür. Bir zamanların bestselleri sayılan bu romandan tanıdığımız "Paxan”ın, "Pəncəli” Aslanın, Klaranın... müasir prototipləri mediamızın ulduzuna çevrilməkdədirlər. Belə çıxır ki, kriminal aləmə maraq simptomları dəyişməz qalır. Sanki hər dövrün özünəməxsus qanundankənar təfəkkürü formalaşır.

Mətbuat öz ciddi missiyasından niyə belə tez geri çəkildi? Stalin dövründən miras qalan "qanuni oğrular” məsələsi, müxtəlif ayamalı avtoritetlər bu gün nə üçün gündəmi zəbt etdi? Cəmiyyətin, xüsusilə gənclərimizin qaranlıq dünyanın "Paxan”, "Lotu”, "Qoca” ayamalı adamlarına aşırı maraq göstərməsinə səbəb nədir? Ətrafımızda nələr baş verir?

Qaçmaq... Ədalətdənmi?

Ötən ayın 23-də Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxta etap olunan və ağır cinayətlərlə təqsirləndirilərək həbs edilən Etibar Məmmədov və Əli Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdılar.

Dərhal da medianın ulduzlarına çevrilən bu iki məhbusdan biri-Əli Ağami həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində tutuldu. Onu gizləndiyi Şirvan şəhərindən 3 gün əvvəl qaçdığı Bakıya gətirdilər və istintaq təcridxanasına yerləşdirdilər.

Digər bir məhbus - "Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov da uzaq qaça bilmədi. Ölkə sərhədlərini qanunsuz və asanlıqla adlaya bilməyəcəyini görən E. Məmmədov Ağstafadan Bakıya qayıtmaq qərarına gəldi. Yolüstü Hacıqabuldakı tanışlarının əhatəsində "dincini” alan "Qoca”nın növbəti təhlükəli planlarını hüquq-mühafizə orqanlarının əməkdaşları pozdu. Daxili İşlər Nazirliyinin paytaxt yaxınlığında hazırladığı xüsusi əməliyyat zamanı ələ keçəcəyini görüb polisə silahlı müqavimət göstərən Etibar Məmmədov atışmada məhv edildi.

Son vaxtlar şəkilləri qəzetlərdən, saytların ana səhifələrindən, bəzi TV ekranlarından düşməyən Etibar Məmmədovla Əli Ağami xüsusi təyinatlı vaqondan təsadüf nəticəsində qaçsalar da (bu məqama bir azdan yenə qayıdacağıq) oranın təsadüfi sakini deyildilər. Kriminal dünya ilə tanışlıqları da sadəcə bir yanlış anlaşma üzündən olmamışdı. Xüsusi ilə "Qoca" ləqəbli E. Məmmədov qatı cinayətkar sayılırdı. Ona aid qovluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə "zəngin" idi.

"Qoca" qətl və digər ağır cinayətlər törətməkdə "saç ağartmişdi". Hələ 90-cı illərin əvvəllərindən, belə demək mümkünsə, uşaq yaşlarından yolu müxtəlif saylı və təyinatlı cəzaçəkmə müəssisələrindən düşmüsdü. Hətta konvoylardan birini boğaraq həbsxanadan qaçmağa cəhd göstərmiş, lakin tutularaq ədalət məhkəməsinə çıxarılmişdi. Sonrakı illərdə o, cinayət əməlləri törətməkdə davam edib və yolu tez-tez "dəmir barmaqlıqlar" arxasına düşüb.

Yeri gəlmişkən, məlum hadisədən sonra E. Məmmədovu cəmiyyətə, gənclərimizə az qala müsbət qəhrəman obrazında təqdim etməyə çalışan, bu təhlükəli "avtoritet" ətrafında şou düzəltməkdən usanmayanların diqqətinə bir vacib məqamı çatdırmaq istərdik. E. Məmmədov və onun suç ortağına xüsusi təyinatlı vaqondan qaçmazdan bir gün öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı hər birinə ayrı-ayrılıqda 19 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Belə "müsbət qəhrəman” bu gün kimə və ya kimlərə lazımdır? Naşı təbliğat və təşviqatçıların məqsədi nədir?

Cinayət və cəza

Qatı cinayətkarların cəzaçəkmə müəssisəsindən və müşayiət altından qaçışı nadir də olsa, dünyanın istənilən nöqtəsində rast gəlinə bilən hadisədir. Müxtəlif ölkələrdə baş verən oxşar olaylar barədə xəbərlər mediada ara-sıra yer alır.

Çox təəssüf ki, ötən ay belə bir olay ölkəmizdə də yaşandı. Baş vermiş bu hadisə ilə əlaqədar Ədliyyə Nazirliyində dərhal Əməliyyat Qərargahı yaradıldı, digər hüquq-mühafizə orqanları ilə birgə həbsdən qaçan şəxslərin axtarışı və yaxalanması üçün bütün zəruri tədbirlər həyata keçirildi. Göstərilən səylər öz müsbət nəticəsini verdi, yuxarıda qeyd etdiyimiz kimi, qaçan məhbuslardan biri tutularaq istintaq təcridxanasına qaytarıldı, digəri isə polisə silahlı müqavimət göstərdiyi üçün məhv edildi.


Ədliyyə Nazirliyinin rəhbərliyi hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli və prinsipial xidməti yoxlama apardı. Xidməti yoxlamanın ilkin nəticələri təhlil edildikdən sonra vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi artıq ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən, 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduqları vəzifədən azad edilib. 4 nəfər isə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Ədliyyə Nazirliyinin bu məsələdə göstərdiyi prinsipial mövqe ortadadır. Cinayət varsa, cəza da mütləq olacaq! Ancaq olayla bağlı bir faktı da yaddan çıxarmamalı, arxa plana keçirməməliyik. Vəzifə məsuliyyəti və ya digər səbəbdən cəzalandırılan 21 nəfər Penitensiar Xidmət əməkdaşının da ailələri, doğmaları var. Bu barədə dərindən düşündükmü, nəsə yazdıqmı? Həm də necə olur, qatı cinayətkarlara yardım edənlər üçün rəhm motivli ajiotaja cəhd edilir, fəaliyyətləri boyu bir dəfə səhv edən nəzarətçilərin və digər cəzalananların taleyi isə düşünülmür, bu barədə bircə sətir belə yazılmır? Cəmiyyət və media paralelliyi bütün məqamlarda gerçəkliyi və prinsipiallığı üstün tutmalıdır.

"Qaçış” olayında bu və ya digər şəkildə iştirak edən, həmin məhbuslarla cinayət əlaqəsinə girənlər arasında iki nəfər qadın da var. Onlar barəsində həbs qətimkan tədbiri seçilib, həmin avtoritetlərin suç ortağı olan bu qadınlardan biri məlum olduğu kimi şou-biznes təmsilçisidir. Amma bu heç kimə baş verən cinayətə "şou salatı” qatmaq ixtiyarı vermir. Gəlin etiraf edək ki, mətbuatda bu cəhdə yetərincə rast gəlmək olur. Təəssüf ki, bəzən tanınmış ictimai xadimlər, sənət adamları, ziyalılar da qaydasız oyuna cəlb edilir, məlum olaya görə həbs edilən qadın müğənninin guya müdafiəsi üçün onlara şərait yaradılır. Əslində isə cəmiyyətdə yanlış rəy formalaşdırılır, istintaqın gedişinə süni maneələr yaradılır.

Yuxarıda qeyd etdiyimiz kimi, cinayət varsa, cəza da olacaq. Ona görə də gəlin tələsməyək, məlum hadisə ətrafında şou düzəltməkdənsə istintaqın nəticələrini gözləyək. Tələsmək heç də hər zaman uğur gətirmir.

Xüsusi təyinatlılar kimi...

Azadlıq müqəddəs nemətdir, müstəqil yaşamaq gözəl duyğu olmaqla yanaşı həm də məsuliyyət tələb edir. Yer üzündə hər bir insana azad yaşamaq, hər bir xalqa müstəqillik qazanmaq şansı nəsib olmur.

Azərbaycan tarixində ikinci dəfə azadlıq əldə etdikdən sonra müstəqil dövlət kimi yaşamağa qadir olduğunu dünyaya nümayiş etdirib. Xüsusilə son illər atılan məqsədyönlü addımlar, həyata keçirilən transmilli layihələr Azərbaycanın qüdrətini ortaya qoyub. İslahatlar dövlətin ən vacib strukturlarından hesab edilən Ədliyyə Nazirliyindən də yan keçməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar nazirliyin fəaliyyətini daha da gücləndirmək və dünya standartlarına uyğunlaşdırmaq üçün əsas rol oynayıb, məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə şərait yaradıb. Dovlət başçısının bu il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı Penitensiar Xidmətin fəaliyyəti üçün bir yol xəritəsidir.

Sərəncamda penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün konkret tapşırıqlar verilib.

Sərəncamın icrasını təmin etmək məqsədi ilə ədliyyə nazirinin müavini- Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun sədrliyi ilə komissiya yaradılıb. Komissiya müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin möhkəmləndirilməsi və s. məsələlərlə bağlı təkliflər hazırlayraq Ədliyyə Nazirliyinə təqdim edib.

Nəzərə almaq lazımdır ki, ölkədəki cəzaçəkmə müəssisələrinin əksəriyyəti sovet dövründən bizə miras qalıb. Qısa müddət ərzində onları modernləşdirmək, Avropa Şurasının və digər beynəlxalq qurumların tələbləri əsasında müasir standartlara uyğunlaşdırmaq heç də asan məsələ deyil. Bütün bunlara baxmayaraq, Penitensiar Xidmətin rəhbərliyinin və əməkdaşlarının gərgin əməyi sayəsində son illər bu sahədə xeyli iş görülüb. Təkcə bu ilin 9 ayının nəticələri ilə tanış olanda əldə edilən uğurları görmək mümkündür.

Ölkədə Probasiya xidmətinin təşkili ilə bağlı Avropa İttifaqının reallaşdırdığı layihəyə uyğun olaraq bu təsisatın konsepsiyasının və hüquqi bazasının hazırlanması davam etdirilir. Penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinə, təminatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədi ilə İşçi Qrupu yaradılıb. Həbs edilmiş şəxslərə tibbi yardımın göstərilməsi işini təkmilləşdirmək üçün müəyyən addımlar atılıb.

Prezidentin məhkumların əfv edilməsi ilə bağlı bu il 16 mart və 11 sentyabr tarixli sərəncamları vaxtında icra edilib. Bu ilin 9 ayı ərzində həyata keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan cinayət hadisələrinin qarşısının alınması hallarının sayı 5,1 faiz artıb. Hesabat dövründə penitensiar müəssisələrdə qeydə alınan cinayət hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2, 3 dəfə azalıb. Hüquq-mühafizə orqanları ilə birgə görülən əməliyyat tədbirləri nəticəsində 3 odlu silah aşkar edilərək aidiyyatı orqanlara təhvil verilib. Bu ilin 9 ayı ərzində həbs edilmiş şəxslərə və məhkumlara qadağan olunmuş, habelə saxlanması icazə verilməyən əşyaların daxil olmasının qarşısının alınması davam etdirilib. Əməliyyat tədbirləri nəticəsində 1.170 manat pul, 61 fakt üzrə 120. 736 qram narkotik və psixotrop maddələr aşkar olunub. Eyni zamanda, 95 mobil telefon götürülüb. Hesabat dövründə beynəlxalq və yerli qeyri-hökumət, hüquq müdafiə təşkilatları ilə işgüzar əlaqələr davam edib.

Sadalalanlar Penitensiar Xidmət əməkdaşların fədakar əməyinin cüzi bir hissəsini əhatə edir. Etiraf edək ki, bu sahədə çalışmaq heç də asan deyil. Bu əməkdaşlar belə demək mümükünsə, xüsusi təyinatlı insanlardır. Onlar xidmət vaxtının əksər hissəsini Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs edilən məhbusların əhatəsində keçirir, ətraf aləmlə, hətta ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi belə saxlaya bilmirlər.

Penitensiar Xidmətin çətin şəraitdə çalışan əməkdaşları diqqət və ehtrama layiqdirlər.

Yeni "qəhrəman”axtarışındamı?

Mətbuat cəmiyyətin güzgüsüdür deyirlər. Bəs nədən bu güzgü erməni işğalçılarına qarşı savaşda canlarından keçən şəhidlərimizi, ön cəbhdə rəşadət göstərən əsgər və zabitlərimizi, dünya şöhrətli elm və mədəniyyət xadimlərimizi, bayrağımızı yüksəklərə qaldıran idmançılarımzı, əlaçı tələbələrimizi deyil, əksər hallarda avtoritetləri göstərməyə çalışır? Ömrünü tikanlı məftillər arasında yelə verən kriminal aləmin müxtəlif ləqəbli nümayəndələrini təbliğ etmək üçün sanki yarışa girir. Şou tozanağı qaldıran, oğru dünyasının nümayəndələrini vəsf edən, gənclərdə vətənpərvərlik hissini təbliğini gərəksiz və gəlirsiz iş sayan bəzi media təmsilçilərinə cəmiyyətin doğru yol göstərməsinin zamanıdır.

Amma bir vaxtlar mətbuat cəmiyyətə tam olaraq doğru yol göstərirdi.

Zamanın ironiyasımı?




İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK