adalet.az header logo
  • Bakı 20°C
10 Noyabr 2017 12:56
19796
KRİMİNAL
A- A+

Bakıda turistləri soyan şəxslər tutuldu

Bakıda xarici vətəndaşların mənzillərindən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinənBakışəhər sakini Kənan Orucov tutulub.

Analoji hadisə Xətai rayonunda baş verib. Belə ki, noyabrın 4-də əcnəbi vətəndaş Ə.Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000ABŞdolları, qol saatı və mobil telefon oğurlanıb.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva vəAğstafarayon sakini, əvvəllər məhkum olunmuş Maya Yaqubova 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar. Hər iki faktla bağlı cinayət işləri başlanılıb.